Haqqımızda


CN Protection Services MMC, sənaye obyektləri üçün korroziyadan təmizlənmə, qorunma, emal və termoizolyasiya texnologiyaları sahəsində ixtisaslaşmış mühəndis-texniki şirkətdir. Biz bu sahədə aparıcı beynəlxalq istehsalçıların rəsmi distribyutoru olaraq, yerli bazarda qabaqcıl texnologiyalara əsaslanan kompleks həllər təqdim edirik.

Fəaliyyətimizin əsas məqsədi – sənaye infrastrukturunun dayanıqlığını və təhlükəsizliyini artırmaq, enerji səmərəliliyini təmin etmək və obyektlərin uzunmüddətli istismarını dəstəkləməkdir.

Biz nə edirik?

olaraq, sənaye obyektlərinin spesifik ehtiyaclarına uyğun mühəndis əsaslı kompleks həllər təqdim edirik. Aşağıdakı sahələr üzrə ixtisaslaşmışıq:

  • Korroziyadan qorunma sistemləri:
    Korroziyaya qarşı mübarizə məqsədilə üç əsas mərhələni əhatə edən sistemlər təklif edirik:
    1. Səthlərin hazırlanması (təmizlənmə və emal)
    2. Qoruyucu örtük sistemlərinin tətbiqi
    3. Texniki nəzarət və keyfiyyətə təminat
    Bu yanaşma obyektin uzunömürlülüyünü və etibarlılığını artırır.
  • Antikorroziya boyaları və örtüklər:
    Kimyəvi, atmosfer və dəniz təsirlərinə qarşı davamlı, yüksək keyfiyyətli örtük sistemləri təqdim edirik.
  • İstilik izolyasiya məhsulları:
    Məsələn, İsolatt kimi nanostruktur əsaslı örtüklər vasitəsilə istilik itkiləri azalır, enerji sərfiyyatını optimallaşdırır və texniki qurğuların səmərəliliyini artırır.
  • Yanğından mühafizə sistemləri:
    Sertifikatlaşdırılmış, beynəlxalq tələblərə cavab verən örtüklərlə sənaye obyektlərini və metal konstruksiyaları yanğın təhlükələrindən qoruyuruq (Akraplast Fire, və s.).
  • Hidroi̇zolyasiya həlləri:
    Yağış, nəmilik və su sızmalarına qarşı davamlı, elastik və tətbiqi asan məhsullar təklif edirik.

Niyə biz?

  • Rəsmi distribyutorluq: CN Protection Services, Avropa və MDB məkanında tanınmış markaların Azərbaycandakı rəsmi nümayəndəsidir.
  • Texniki dəstək: Satışdan əvvəl və sonrası konsultasiya, saha təlimləri və tətbiq üzrə nəzarət xidməti göstəririk.
  • Fərdilik və uyğunluq: Hər bir layihənin xüsusiyyətlərinə nəzərə alaraq, optimal məhsul və sistem seçimi təklif edirik.
  • Beynəlxalq standartlara uyğunluq: Bütün təqdim etdiyimiz həllər beynəlxalq standartlara uyğun məhsullar ilə təmin olunur.