Şirkətimiz, sənaye obyektlərinin korroziya və metal səthlərinin qorunması, eləcə də enerji səmərəliliyinin artırılması üçün geniş çeşidli məhsullar təqdim edir. Hidro-qumlama, antikorroziya və izolyasiya, istilik izolyasiyası, boya örtükləri və yanğına qarşı mühafizə məhsulları ilə sənaye sahələrində yüksək qorunma və uzunömürlülük təmin edirik. Bu məhsullar, sənayenin müxtəlif sahələrində təhlükəsizliyi, davamlılığı və səmərəliliyi artırmaq məqsədilə hazırlanmışdır.
- Hidro-qumlama: Səthlərin təmizlənməsi və qorunması.
- Antikorroziya və İzolyasiya: Metal və betonun korroziyadan qorunması və izolyasiyası.
- İzolyasiya örtükləri: Səthdə istilik itkisini azaldaraq temperaturu sabit saxlayır və enerji səmərəliliyini artırır.
- Hidroizolyasiya:Suyun və rütubətin tikililərə, metal konstruksiyalara və digər səthlərə keçməsinin qarşısını alan qoruyucu örtük və materiallardır.
- Boya Örtükləri: Metal və beton səthlər üçün qoruyucu boyalar.
- Yanğına Qarşı Məhsullar: Yüksək temperatur və yanğının qarşısını almaq üçün qoruyucu örtüklər.