Vakansiya

Peşəkar komandamıza qoşul!


CN Protection Services MMC — sənaye və tikinti sektorunda fəaliyyət göstərən, korroziyadan qorunma, istilik və hidroizolyasiya sistemləri üzrə ixtisaslaşmış mühəndis-texniki şirkətdir. Şirkətimiz genişlənən fəaliyyətini nəzərə alaraq, aşağıdakı sahələr üzrə komandamıza peşəkar mütəxəssislər axtarır: Əgər sən də mühəndislik, texniki satış, sahə nəzarəti və ya tikinti məhsullarının tətbiqi sahəsində bilik və bacarığını bu sektorda sınamaq istəyirsənsə — səni komandamızda görməkdən məmnun olarıq!

Açıq vakansiyalar


Texniki satış üzrə mütəxəssis

Əsas vəzifələr:

  • Müştərilərə texniki uyğun məhsulların seçilməsi və təqdimatı
  • Sənaye və tikinti obyektlərində yerində texniki məsləhət və təqdimatlar
  • Müştəri bazasının formalaşdırılması və satış planının icrası

Tələblər:

  • Texniki sahədə ali təhsil
  • Satış və ya layihə dəstəyi üzrə təcrübə (arzuolunandır)
  • Ünsiyyət və analitik düşünmə bacarığı
Sahə mühəndisi / Texniki nəzarətçi

Əsas vəzifələr:

  • Tikinti və sənaye obyektlərində məhsul tətbiqinə nəzarət
  • Tətbiq proseslərinin standartlara uyğunluğunu təmin etmək
  • Tətbiqat komandaları ilə əməkdaşlıq və sahə hesabatlarının hazırlanması

Tələblər:

  • Mühəndis ixtisası üzrə təhsil və praktiki bilik
  • Sahə nəzarəti və texniki təlimlərlə bağlı təcrübə
  • Yüksək məsuliyyət və analitik bacarıq
Logistika və təchizat üzrə mütəxəssis

Əsas vəzifələr:

  • Məhsul tədarükü və anbarda düzgün yerləşdirilməsinə nəzarət
  • Daşınmaların təşkili, sifariş və qaimələrin idarə olunması
  • Təchizatçılar və logistik partnyorlarla əlaqələrin qurulması

Tələblər:

  • İqtisadi və ya texniki sahədə ali təhsil
  • Logistika və təchizat sahəsində təcrübə
  • Dəqiqlik və təşkilatçılıq bacarığı
Marketinq və layihə koordinatoru

Əsas vəzifələr:

  • Şirkətin məhsullarına dair təqdimat və broşura hazırlanması
  • Layihə idarəetməsi və tərəfdaşlarla əlaqələrin qurulması
  • Sərgi və tədbirlərin təşkili

Tələblər:

  • Marketinq, menecment və ya memarlıq üzrə təhsil
  • Yaradıcı yanaşma və təşəbbüskarlıq
  • PowerPoint və dizayn proqramlarında işləmə bacarığı (arzuolunandır)
Produkt meneceri (Product Manager)

Əsas vəzifələr:

  • Mövcud məhsul portfelinin idarə olunması və təkmilləşdirilməsi
  • Yeni məhsullar üzrə bazar araşdırmaları və tətbiq strategiyalarının hazırlanması
  • Satış və texniki komandalarla birgə məhsul təlimatlarının hazırlanması
  • İstehsalçılar və tərəfdaşlarla məhsul texnologiyalarının koordinasiyası
  • Texniki spesifikasiyalar, təqdimatlar və tətbiq təlimatlarının hazırlanması

Tələblər:

  • Texniki və ya mühəndis sahəsində ali təhsil
  • Produkt menecmenti və ya B2B texniki satış sahəsində 2+ il təcrübə
  • Yüksək analitik düşüncə, strukturlaşdırma və təqdimat bacarığı
  • Azərbaycan dili (əla), rus və ingilis dili (üstünlükdür)
  • MS Office, PowerPoint və məhsul idarəetmə alətlərində sərbəst işləmək bacarığı

Bizimlə Əlaqə



Ad:

Soyad:


Şəhər/Qəsəbə:

Ünvan:

Poçt indeksi:


Telefon nömrəsi:

E-poçt ünvanı:


Haqqınızda / Mesajınız:


Congratulations. Your inquiry has been sent successfully
Error, please retry. Your inquiry has not been sent