Korroziyaya qarşı istifadə olunan məhsullar və xüsusi qoruma sistemləri
Müasir sənaye sistemlərinin davamlılığını və uzunmüddətli etibarlılığını təmin etmək üçün korroziya və izolyasiya sistemləri mühüm rol oynayır. Metal strukturlar, boru kəmərləri, tikinti obyektləri və digər sənaye avadanlıqları uzun müddət istifadə edildikcə müxtəlif xarici təsirlərə məruz qalır. Bu təsirlər, materialların ömrünü qısaldır, istismar xərclərini artırır və təhlükəsizlik risqlərini yüksəldir.
Korroziya və izolyasiya texnologiyaları, bu problemləri minimuma endirərək, obyektlərin səmərəli fəaliyyətini təmin edir və onlara uzunmüddətli qorunma təqdim edir
Yüksək yapışma qabiliyyəti, xarici təsirlərə qarşı dayanıqlılığı və antikorroziv qorunmanı təmin edir. Bu materiallar, metal, beton və digər konstruksiyaların qorunması üçün istifadə olunur. Tikinti, gəmiqayırma və energetika kimi sahələrdə geniş tətbiq edilir.
Kimyəvi maddələrə, nəmə və mexaniki zədələrə qarşı yüksək dayanıqlılıq göstərir. Bu materiallar, metal konstruksiyaların, rezervuarların, boru kəmərlərinin və digər avadanlıqların korroziyaya qarşı qorunması üçün nəzərdə tutulub. Gəmiqayırma, tikinti və ağır sənaye sahələrində də geniş istifadə olunur.
Konstruksiyaları nəmlikdən, korroziyadan və aqressiv mühitin təsirlərindən qorumaq üçün istifadə edilir. Hidroizolyasiya, mexaniki zədələrdən müdafiə və obyektlərin davamlılığını artırmaq məqsədilə körpülər, binalar və yeraltı kommunikasiya xətlərinin tikintisində tətbiq olunur. Yüksək yapışma qabiliyyəti, istilik müqaviməti və su keçirməzlik xüsusiyyətlərinə malikdir, çətin istismar şəraitlərində belə uzunmüddətli qorunmanı təmin edir.
Müxtəlif materiallardan hazırlanmış konstruksiyaların mexaniki zədələrdən, yüksək temperaturdan və kimyəvi maddələrin təsirindən qorunmasını təmin edir. Bu örtüklər, nəmlikdən müdafiə funksiyasına malik olmaqla yanaşı, buxar keçiriciliyinin qarşısını alır. Yüksək etibarlılığı, estetik görünüşü və ekoloji təhlükəsizliyi ilə seçilir.