ISOLLAT istilik izolyasiya örtükləri, yüksək temperaturadavamlı nano-keramik materiallar sayəsində daxili istiliyin itməsini və xarici soyuq-istinin daxil olmasınının qarşısını alaraq avadanlıq və konstruksiyaların temperaturunu sabit saxlayır, sənaye və tikinti sahələrində enerji sərfini azaldır, əməliyyat və istismar xərclərini optimallaşdırır, avadanlıqların uzunömürlülüyünü artırır və ətraf mühiti qoruyaraq enerji itkilərini minimuma endirir.
ISOLLAT örtüyü mikrogözenekli quruluşa malikdir, korroziya əleyhinə qatqarlarla zəngindir və su buxarını keçirmə qabiliyyətinə malikdir, bu da CUI-nin qarşısını alır.
ISOLLAT, səthə birbaşa tətbiq olunduğu üçün istehsal və texniki xidmət zamanı iş rejimi pozulmur.
ISOLLAT texnologiyası -60°C-dən +700°C-yə qədər temperatur aralığında effektiv işləyir.
ISOLLAT səthə tez və rahat şəkildə tətbiq olunur, vaxt və əməyə qənaət edir.
Həcmli ənənəvi izolyasiya materiallarından fərqli olaraq, ISOLLAT nazik və bütöv bir örtük əmələ gətirir, bu da konstruksiyaya düşən yükü azaldır və tətbiqi asanlaşdırır.
İstiliyin itirilməsinin və ya qəbulunun qarşısını alaraq ISOLLAT enerji sərfiyyatını əhəmiyyətli dərəcədə azaldır və əməliyyat xərclərini aşağı salır.
Ekstremal temperatur, hava şəraiti, UV şüaları və mexaniki təsirlərə davamlıdır — öz xüsusiyyətlərini uzun illər qoruyur.
ISOLLAT örtüyü səthi tam əhatə edərək sızmaları vizual şəkildə aşkarlayır və onların yaranmasına qarşı davamlı qoruyucu qat formalaşdırır.
ISOLLAT istilik izolyasiyası yüksək temperaturda işləyən avadanlıqlarda işçi heyətin təhlükəsizliyini artırır. Yanğın risklərini azaldır, qəzaların qarşısını alır və daha etibarlı iş mühiti yaradır.
“İsollat” — silikat əsaslı nano-keramik mikrohissəciklər, polimer qatranlar və stabilləşdiricilərdən ibarət, su əsaslı, yüksək texnoloji istilik izolyasiya örtüyüdür. Bu material yüksək temperaturadavamlılıq və effektiv istilik müqaviməti ilə seçilir.
İsollat termos-boyası — müxtəlif formalı və mürəkkəb səthlərə asanlıqla tətbiq olunan su əsaslı suspenziya şəklindədir. Qurutma mərhələsindən sonra örtük polimerləşərək elastik, möhkəm və uzunömürlü bir istilik izolyasiya təbəqəsinə çevrilir. Eyni zamanda bu təbəqə korroziyaya qarşı etibarlı qoruma funksiyasını da yerinə yetirir.
İzolat-Effekt -60°C-dən +700°C-dək temperatur intervalında sərbəst istifadə edilə bilər. Bu metod sayəsində səthlərin istilik itkisi 85%-ə qədər azaldılır. İstehsal prosesini dayandırmadan və səthi soyutmadan tətbiq oluna bilər